ASGA Şəhid Rahim Tağıyevin ailəsini ziyarət etdi – MİNGƏÇEVİRDƏ

ASGA Şəhid Rahim Tağıyevin ailəsini ziyarət etdi – MİNGƏÇEVİRDƏ

Bu il 10 yaşını qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası daxili imkanları hesabına həm beynəlxalq, həm də respublika səviyyəli tədbirlər, layihələr həyata keçirib.

Bugünlərdə isə ASGA daxili imkanları hesabına daha bir layihəyə start verib. "Şəhidimi unutmadım, unutmaram"adlı layihə çərçivəsində şəhid ailələrinin ən zəruri ehtiyaclarının ödənilməsi üçün sistematik tədbirlər həyata keçirilir.

İlk olaraq ASGA rəhbərliyi və üzvləri Mingəçevir Şəhidlər Xiyabanını ziyarət etdilər, vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhunu hörmətlə yad etdilər. Daha sonra Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən Şəhid Tağıyev Rahim Qara oğlunun ailəsini ziyarət etdilər.

Bu barədə saytımıza ASGA-nın sədri Səbuhi Abbasov məlumat verib: "Hesab edirəm ki, hər bir vətəndaş dövləti, xalqı, milləti, şəhidi qarşısında olan borcunu dərk eləməlidir. ASGA İdarə Heyətinin fəxri üzvü Samir Əhmədovun və ASGA ATM-in rəhbəri Azər Verdiyevin bilavəsitə təşəbbüsü ilə reallaşan layihə çərçivəsində biz şəhid övladlarının ən zəruri ehtiyaclarının ödənilməsi üçün proqramlar həyata keçirəcəyik. ASGA sədr müavini Tural Əhmədovuntəqdimatı ilə növbəti şəhid ailələrinin siyahısı hazırlanır. ”

ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyev artıq ilk şəhid ailəsi ilə görüşdüklərini, məktəb üçün zəruri olan hər bir ləvazimatla onları təmin etdiklərini dedi: "İlk olaraq biz əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən Tağıyev Rahim Qara oğlunun ailəsini ziyarət etdik. 3 övladı olan şəhidimizin ailəsi bizi böyük sevgi ilə qarşıladılar. Əslində onların mənəvi dayağa nə qədər ehtiyacı olduqlarını gördük. Biz hər zaman prezidentimizdən, icra başçılarından şəhidlərə qayğı tələb etməməliyik. Bu qayğı onsuzda var və olacaq. Biz vətəndaş olaraq öz börcumuzu yerinə yetirməyi bacarmalıyıq”

Qeyd edək ki, R. Tağıyev 1998-ci ildə Şəki şəhərindən hərbi xidmətə çağırılıb. Həmin il aprelin 12-dən hərbi xidmətə başlayıb. 1999-cu il yanvarın 15-dən müdavim kimi, sonra isə tank komandiri vəzifəsində xidmət edib. R. Tağıyev aprelin 2-də cəbhənin Tərtər-Ağdərəistiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanıb, Bakıdakı Hərbi Hospitala yerləşdirilib. Həkimlər R. Tağıyevin sağ qalsa belə, baş nahiyəsindən ağır yaralandığı üçün komadan ayılmayacağını bildirmişdilər. Tankçı aprel döyüşlərindən bu günədək müxtəlif vaxtlarda 3 dəfə cərrahiyyə əməliyyatı edilib, 3 ay 7 gün koma vəziyyətində qalıb. Yaxınlarının sözlərinə görə bir neçə gün idi ki, Rahimin səhhətində yaxşılığa doğru bir az irəliləyiş olub, lakin bu gün səhər saatlarında dünyasını dəyişib. Əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən R. Tağıyevin nəşi ailəsinin istəyi ilə Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Üç uşaq atası olan şəhid hərbçi ailədə 5 qardaş və 3 bacı olub.
Xəbər 544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR