Dövlət agentliyi məlumat yaydı.
8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri - iş günü olacaq.
Bu barədə “ASAN xidmət” dən bildirilib.
Xidmətdən bildirilib ki, martın 9-dan etibarən vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10-dan 20-dək, şənbə və bazar günləri isə saat 10-dan 17-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.