Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçiriləcək ümumxalq səsverməsi – referendumla əlaqədar sentyabrın 26-da “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, vətəndaşlar sentyabrın 26-da “ASAN xidmət” mərkəzlərinə müraciət edərək yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər.
Sentyabrın 27-dən isə bütün xidmətlər göstəriləcək.