"ASAN xidmət" ilə Seneqal arasında Anlaşma Memorandumu təsdiqləndi


Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət”) ilə Seneqalın Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyi arasında Anlaşma Memorandu təsdiq edilib.
Aktual.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmanla Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra ASAN xidmət müddəaların həyata keçirilməsini təmin edəcək.
Bundan başqa, Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Seneqal Hökumətinə bildiriş göndərəcək.

Xəbər 157 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR