2015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə sahibkarlıq subyektlərinə 264 lisenziya verilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, bu lisenziyaların 202-si Bakı şəhərinin, 62-si isə regionların payına düşür.
Qeyd edək ki, Azərbaycan prezidentinin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli Fərmanının qüvvəyə mindiyi gündən lisenziyalar müddətsiz hesab edilir və onların verilməsi üçün rüsumların məbləği orta hesabla 2 dəfə azaldılıb.