Təqribən 50 faiz səviyyəsində olan aşağı seçici aktivliyi göstərir ki, Ermənistanda referendum siyasi maraqlara əsaslanır.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə AŞ PA-nın müşahidə missiyasının ilkin rəyində deyilir.
Rəydə bildirilir ki, prezident üsul-idarəsindən parlament formasına keçidi nəzərdən tutan islahatlar layihəsinin müddəalarına bir çox vətəndaş mövcud hakimiyyətin təkrar istehsalı kimi baxır: "2,5 il davam edən islahatlar prosesi tam olmayıb".
AŞ PA müşahidəçiləri Ermənistan hakimiyyətini səsvermə zamanı qeydə alınmış bir sıra qanun pozuntularına diqqət yetirməyə çağırıblar.