AŞ PA-da Ermənistan hakimiyyəti pislənildi

AŞ PA-da Ermənistan hakimiyyəti pislənildi

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Bürosunun və Daimi komissiyasının fəaliyyəti haqqında hesabatda Ermənistan hakimiyyəti və nümayəndə heyəti pislənilib.


Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.

Q.Paşayeva bildirib ki, AŞ PA-nın Strasburqda keçirilən plenar iclasında təqdim edilən hesabatda həmçinin "Ermənilərin sərhədyanı ərazilərdə əhalini qəsdən sudan məhrum etməsi" ilə bağlı qətnamə layihəsi öz əksini tapıb.

Həmçinin Sərsəng su anbarı ilə bağlı hesabatın hazırlanmasında əməkdaşlıq etmədiklərinə görə Ermənistan hakimiyyəti və nümayəndə heyəti pislənilib. Assambleya hesab edir ki, Ermənistan hakimiyyətinin və nümayəndə heyətinin bu cür davranışı üzv ölkə kimi məsuliyyətlərinə və öhdəliklərinə uyğun gəlmir.

Xəbər 436 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR