AŞ PA Azərbaycana müşahidəçilər göndərəcək

AŞ PA Azərbaycana müşahidəçilər göndərəcək

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycanda keçiriləcək təkrar seçkilərə müşahidəçilər göndərəcək.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Twitter-dəki səhifəsində yazıb.

O qeyd edib ki, AŞ PA-nın Tallində keçirilən Büro iclasında Azərbaycan Milli Məclisinə 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkiləri müşahidə etmək üçün nümayəndələrin göndərilməsi barədə qərar qəbul edilib. Büro məsələ ilə bağlı təklifi yekdilliklə qəbul edib".

Xatırladaq ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilər gələn ayın 18-nə təyin edilib.

Xəbər 369 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR