"Avropa Şurasının (AŞ) baş katibi öz nümayəndəsini Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupundan geri çağırmaqla dialoqa qarşı olduğunu ortaya qoydu".
S.Məmmədov bildirib ki, bu qərar Avropa Şurasının daşıdığı statusla bir araya sığmır: "Yaqland nəzərə almalı idi ki, Avropa Şurası QHT deyil və bu cür emosional addım atmamalı idi. Yaxşı olardı ki, əməkdaşlığın daha geniş formada davam etdirilməsi barədə təkliflər verəydi. O, belə bir əsas gətirir ki, guya Azərbaycanda siyasi məhbuslar dözülməz şəraitdədir. Bunu deyərkən hansı informasiyaya istinad edirlər?"
O, qeyd edib ki, hətta “siyasi məhbus” olduğu iddia edilən məhbusların özləri də bəyan edir ki, saxlanma şəraiti ilə bağlı onlara heç bir təzyiq yoxdur: "Bir də ki Yaqland və onun nümayəndəsi işçi qrupunda olmayanda, nə olacaq ki?! Bunun işçi qrupunun fəaliyyətinə heç bir təsiri olmayacaq və biz bundan sonra da fəaliyyətimizi davam etdirəcəyik".\trend
Aktual.az