Avropa Şurası (AŞ) Ermənistanı çirkli pulların yuyulması ilə mübarizədə daha sərt tədbirlər görməyə çağırıb.
Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə AŞ-nin yaydığı məruzədə deyilir.
Məruzədə deyilir ki, ekspertlər Ermənistanda çirkli pulların yuyulması faktları üzrə araşdırma prosesində ciddi nöqsanlar aşkarlayıblar: "Fırıldaqçılıq, vergidən yayınma, qaçaqmalçılıq və oğurluq Ermənistanda çirkli pulların yuyulması baxımından ciddi təhlükədir".