Arzu Nağıyevin yeni kitabı işıq üzü görüb - “1001 günün siyasəti” bir kitabda

Arzu Nağıyevin yeni kitabı işıq üzü görüb   - “1001 günün siyasəti” bir kitabda

“1001 günün siyasəti” - Trend İnformasiya Agentliyi baş direktorunun müavini, tanınmış siyasi şərhçi, politoloq Arzu Nağıyevin yeni çapdan çıxmış kitabı bu adla işıq üzü görüb.

Kitabda A.Nağıyevin 2011-2014-cü illərdə müxtəlif kütləvi informasiya vasitələrində dərc edilən, telekanallara verilən müsahibələri, şərhləri, açıqlamaları, təhlilləri, həmçinin regional, beynəlxalq, geosiyasi araşdırmaları və məqalələri toplanıb.

Kitabın əhatə etdiyi 2011-2014-cü illər ərzində baş vermiş siyasi və iqtisadi hadisələrin “bolluğunu” nəzərə alsaq, kitabda nə qədər zəngin bir material toplandığını təsəvvür etmək olar. Bu baxımdan kitab yalnız publisistik deyil, həmçinin tarixi vəsait xarakteri də kəsb edir. Eləcə də A.Nağıyevin daim konkret tarix və faktlara söykənərək verdiyi şərh və çıxışlar bunu deməyə əsas verir.

Kitabda toplanmış məqalə və çıxışları, şərh və açıqlamaları mövzu baxımından təsnif edərkən, müəllifin 1001 mövzu ətrafında fikir bölüşdüyünün şahidi oluruq - ağrılı problemimiz Dağlıq Qarabağ münaqişəsi, internet təhlükəsizliyi, əsrin bəlası narkomaniya və terrorizm, hegemon dölətlərin siyasətində ikili standartlar, dünyanın dörd bir nöqtəsində baş verən münaqişə və müharibə ocaqları və sair. Bu baxımdan kitab həmçinin politologiya və beynəxlaq münasibətlər ixtisasları istiqamətində təhsil alan tələbələr üçün dərs vəsaiti kimi də faydalı ola bilər.

Kitabla bağlı maraqlı bir təzad da var ki, ön sözdə müəllif kitabın adını seçərkən nağılların adına bənzətməyə çalışdığını qeyd etsə də, kitabın içində əslində nağıldan çox uzaq bir həyatdan, gündəmdən bəhs edilib.

Əminik ki, kitab hər kəsin masası üstündə olmağa layiq bir əsərdir.

// Aktual.az

Xəbər 1895 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR