Arzu Nağıyev: Rusiya Xəzərdən Suriyanı vurması ilə hərbi qüdrətini göstərir

Arzu Nağıyev:   Rusiya Xəzərdən Suriyanı vurması ilə hərbi qüdrətini göstərir

Rusiya İŞİD-in Suriyadakı obyektlərini Xəzər dənizindən vurması ilə müdafiə sənayesi kompleksinin yüksək səviyyədə işlədiyini və öz ərazilərində belə Suriyada istənilən hədəfi vura biləcəyini nümayiş etdirmək istəyir.

Bunu politoloq Arzu Nağıyev Rusiya Prezidenti Vladimir Putinin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Onun fikirincə, V.Putin bununla Xəzərdə çox böyük donanmaya sahib olduğunu və Rusiyanın hərbi qüdrətini nümayiş etdirdiyini bəyan edib: "Rəsmi Moskva, həmçinin göstərmək istəyir ki, bəzi dövlətlər Rusiyanın Suriyada Əsəd rejiminə qarşı yönələn qüvvələri vurması üçün hava dəhlizini açmaqdan imtina etsə də, Moskva istənilən vəziyyətdə İŞİD və “Cəbhət ən-Nüsra” qüvvələrini vura billər. İstər NATO, istər ABŞ, istərsə də digər dövlətlər həm hərbi cəhətdən, həm də maddi cəhətdən Əsəd rejiminə qarşı olan qüvvələri dəstəklədikləri üçün Rusiyanın onları vurmasını istəmir. Ona görə də Türkiyə və digər dövlətlər Rusiyaya hərbi hava qüvvələri üçün hava dəhlizləri verməkdən imtina edirlər".

A.Nağıyev hesab edir ki, V.Putinlə müdafiə naziri S.Şoyqunun görüşündə belə açıqlama verilməsi təsadüfi deyil: "Putin bununla demək istədi ki, onların heç bir dövlətə ehtiyacı yoxdur. Onlara hər hansı hava dəhlizi verilməsə də, öz təyyarələrindən istifadə edə bilməsələr də, həmin qüvvələri hətta uçuş həyata keçirmədən o silahlarla məhv edə bilərlər. Yəni bu bir güc nümayişi, qüvvə nümayişi idi”.

Politoloq, həmçinin bu yaxınlarda rusiyalı ekspertlərin Əsədə qarşı olan qüvvələrlə bağlı yeni məlumatlar yaydıqlarını bildirib. A.Nağıyevin sözlərinə görə, Rusiya hətta Suriya Prezidenti Bəşşar Əsədə qarşı olan qüvvələri benzin və yanacaqla təmin edənləri vurmaq gücündədir: “Bu məlumatları rusiyalı ekspertlər də çıxışlarında qeyd edirlər. Deyilənlərə görə, Türkiyə ərazisində “Cəbhət ən-Nüsra” və Əsəd rejiminə qarşı olan hər hansı ikinci dərəcəli qüvvələri benzinlə, yanacaqla təmin edən çənləri vurmağa belə rəsmi Moskvanın imkanı var. Hətta son zamanlar bu barədə əlavə yazılar, məlumatlar yayılmağa başlayıb”.

Qeyd edək ki, Rusiyanın Xəzər donanmasının gəmiləri yüksək dəqiqlikli silahlardan istifadə etməklə İŞİD-in Suriyadakı obyektlərini atəşə tutub.\trend

Xəbər 700 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR