Arzu Əliyevanın filmi Braziliyada

Arzu Əliyevanın filmi Braziliyada

Martın 9-13-də Braziliyanın San Paolo şəhərində ölkənin mötəbər mədəniyyət ocaqlarından biri - Braziliya Bankının Mədəniyyət Mərkəzində (CCBB) Azərbaycan kino həftəsi keçiriləcək.

Aktual.az Azərtac-a istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə portuqal dilinə tərcümə olunmuş sənədli və bədii filmlərin nümayişi gözlənilir.

Braziliya Bankının Mədəniyyət Mərkəzi tərəfindən tədbirin əsas filmi kimi Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş, Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi seçilib.

Eyni zamanda, kino həftəsi çərçivəsində “Arşın mal alan”, “Nabat”, “Çölçü”, “Təhminə” və “Axınla aşağı” bədii filmlər nümayiş olunacaq.

Tədbir aprelin 6-11-də paytaxt Braziliada yerləşən Braziliya Bankının Mədəniyyət Mərkəzində davam edəcək

Xəbər 1332 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR