Arvadıyla birgə İŞİD-ə qoşulan şəxsə HÖKM OXUNDU

Arvadıyla birgə İŞİD-ə qoşulan şəxsə HÖKM OXUNDU

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Mahir Musayev və Şükür Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Aktual.az  qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Mayıl Bayramovun icraatında olan məhkəmə prosesində hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə M.Musayev 15 il, Ş.Babayev isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Mahir Musayev ifadəsində Suriyada baş verənləri internetdən izlədikdən sonra ora getmək qərarına gəldiyini deyib. Suriyada olan dostu Zərbalı ona həyat yoldaşını da gətirməsini deyib. M.Musayevin həyat yoldaşı onun dediklərini təsdiqləyib. Deyib ki, 2012-ci ildə orta məktəbi bitirdikdən sonra ibadətə başlayıb və Mahirlə ailə həyatı qurublar. Əri Türkiyəyə işləmək adı ilə gedib. Sonra onu da Türkiyəyə çağırıb. Ancaq Türkiyəyə gedəndən sonra Suriyaya aparılıb. Və orada bilib ki, Suriya ərazisindədir. Bildirib ki, əri Mahirlə Suriyada olan şəxslərin dini baxışlarında ziddiyyətlər olduğu üçün onlardan ayrılaraq Bakıya qayıdıblar.
 
Aktual.az
Xəbər 722 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR