Daşkəsəndə arvadını və 20 günlük körpəsini öldürən şəxsə ağır cəza – 20 il həbs

Daşkəsəndə arvadını və 20 günlük körpəsini öldürən şəxsə ağır cəza – 20 il həbs

Daşkəsən rayonunda beşinci arvadını və 20 günlük körpəsini öldürən şəxsə hökm oxunub.


"Report"un Qərb bürosunun məlumatına görə,  Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə baş tutan prosesdə ötən ilin iyun ayında rayonun Şahvələdli kəndində baş həyat yoldaşı və 20 günlük körpəsini öldürən, 1979-cu il təvəllüdlü Rafiq Əliş oğlu Ələkbərovun məhkəməsi keçirilib. 

Prosesdə Cinayət Məcəlləsinin 120.1 və 120.2.7 ci maddələri ilə təqsirli bilinən R.Ələkbərova 20 il həbs cəzası verilib.

Qeyd edək ki, R.Ələkbərov beşinci həyatyoldaşı olan, 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı çomaqla döyərək onu qətlə yetirib. Hadisə zamanı qadının qucağında saxladığı 20 günlük körpəsi də çomaq zərbələri alaraq ölüb. Ələkbərov qadının və körpə uşağının öldüyünü bikdikdən sonra hadisə yerindən qaçaraq istintaqdan yayınmağa çalışıb.

 
Aktual.az
Xəbər 971 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR