Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Müzəffər Piriyevin (1971-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aktual.az xəbər verir ki, ötən il iyunun 23-də saat 18 radələrində Bayıl qəsəbəsində yaşayan, əvvəllər məhkum olunan Müzəffər Piriyev qısqanclıq zəmnində yoldaşı, üç uşaq anası olan Cəlalə Abasovanı (1982-ci il təv.) qətlə yetirib. Daxil olan məlumat əsasında istintaq-əməliyyat qrupu Gülbala Əliyev küçəsi, 11 ünvanında yerləşən fərdi evə baxış keçiriblər və qadının meyitni döşəmədə aşkar ediblər. Həmçinin maddü sübut hesab edilən stəkan hadisə yerindən ekspert tərəfindən götürülüb.
Həbs edilən Müzəffər Piriyev arvadını qısqanclıq boğduğunu bildirib. Amma meyitin müayinəsi zamanı məhkəmə-tibbi ekspertizası nəticəyə gəlib ki, Abasova beyninə qan sızma nəticəsində keçinib. Buna başına küt alətlə yetirilən zərbələr səbəb olub.
İstintaqla müəyyən edilib ki, Müzəffər Piriyev arvadı Cəlalə Abasovanın son vaxtlar ona soyuq münasibət göstərdiyini düşünüb, xəyanət etməsindən şübhələnib. Aralarında olan münasibətlərə aydınlıq gətirməkdən ötrü azyaşlı övladları Dünyamin və Mirhüseyni siqaret almaq adı ilə mağazaya göndərib, daha sonra Cəlalənin heç yerə çıxa bilməməsi üçün evin giriş qapısını arxadan qıfıllayaraq, arvadından çay istəyib. Abasova ona stəkanda çay gətirdikdə, Müzəffər çayı içərək, ona əvvəlki kimi diqqət yetirməməkdə, soyuq davranmaqda günahlandırıb. Cəlalə ona fikirlərinin həqiqətə uyğun olmadığını söylədikdə, Piriyev əsəbiləşib və qısqanclıq zəmnində qadını öldürmək qərarına gəlib. Əlindəki stəkanın arxa tərəfi ilə, onun baş və sifət nahiyələrinə ümumilikdə 6 zərbə endirib, Abasova əlindən çıxıb, imdad diləməsinə və çöldə olan uşaqlarını köməyə çağırsada Müzəffər buna heç bir əhəmiyyət verməyib və onu döşəməyə yıxıb. Bununla da, Piriyev həyat yoldaşını xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən sonra o, qapını bağlı saxlayıb uşaqları içəri girməyə goymayıb, onları götürüb həyətdən çıxararaq taksi ilə aparıb, sonra 20-ci sahədə mağazadan iki şüşə pivə alıb. Yolda olanda sahə müvəkkilinə zəng edib, ona evə gəlməsini�bildirib. Müzəffər dərhal evə gedib, orda onu tutub Səbail RPİ 8-ci polis bölməsinə aparıblar.
Məhkəmə prosesində M.Piriyev ittiham üzrə özünü təqsirli bilməyib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Xəbər 2994 dəfə oxunub.