Arvadını qız doğduğuna görə küçəyə atdı — Bakıda tükürpədici VİDEO

Arvadını qız doğduğuna görə küçəyə atdı  — Bakıda tükürpədici  VİDEO

İndi sizə Bakıda əri tərəfindən küçəyə atılan qadından danışacağıq. 

Qız övladı dünyaya gətirdiyinə görə evindən, isti ocağından ayrı düşən qadının fəryadıdır bu. Həyat yoldaşı qız övladının atanın namusuna xələl gətirdiyini iddia edərək ondan imtina edib. İndi gənc ana uşağı ilə birlikdə küçələrə düşüb.

Hamilə vaxtı bir neçə dəfə həkimə gedən qadına övladının oğlan olduğunu deyiblər. Amma doğuma az qalmış uşağın qız olacağını məlum olanda ağır günlər başlayıb.

Övladını dünyaya gətirən qadının uşağın qırxı çıxmamış küçələrə atılıb. Əvvəl atası evində sığınan gənc ana buradan da rədd cavabı alıb. Bir müddət küçələrdə qalan qadın sonra rəfiqəsi gilə pənah gətirib. Ancaq burda da həyat üzünə gülməyib.

Aysel Əhmədova sonda Bakıdakı sığınacaqlardan birinə pənah gətirib. Ancaq nigahını rəsmiləşdirmədiyi üçün övladının atasına qarşı haq tələbi yoxdur.

Xəbər 5535 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR