Arvadını öldürməyə cəhd edən şəxsin cəzası dəyişdirilmədi - Foto

Arvadını öldürməyə cəhd edən şəxsin cəzası dəyişdirilmədi - Foto

Bakı Apellyasiya Məhkəməsində Bərdə rayon sakini Seymur Sultanovun (1976-cı il təv.) CM-nin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, ötən il iyunun 8-də Seymur Soltanov Suraxanı RPİ 33-cü polis bölməsinə gələrək həyat yoldaşı Cəmilə Soltanovanı (1978-ci il təv.) Yeni Günəşli qəsəbəsində bıçaqladığını bildirib. Araşdırmaya başlayan polis əməkdaşlarına məlum olub ki, yaralanan qadın 3 saylı klinik xəstəxanasına çatdırılıb və əməliyyat olunub. 

İstintaqla müəyyən edilib ki, televizor ustası olan Seymur Soltanov qadınla 2000-ci ildə ailə qurub, cütlüyün 4 övladı olub. Seymurun mütəmadi spirtli içki qəbul etməsi səbəbindən ailəsində problemlər yaranıb, bu səbəbdən onlar ayrılıblar. Hadisə günü Soltanov müştərinin evində peyk antenası quraşdırarkən keçmiş arvadının həmin ərazidən keçdiyini görüb. Buna görə əsəblərinə hakim ola bilməyib və cinayəti törədib.

Məhkəmə prosesində S.Soltanov ittiham üzrə özünü təqsirli bilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Hökmdən məhkum apellyasiya şikayəti verib. 

Bakı Apellyasiya Məhkəməsi S.Soltanovun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb. 





Xəbər 641 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR