Zaqatala sakini tüfənglə yoldaşını yaraladıqdan sonra özünə bıçaqla xəsarət yetirib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, noyabrın 28-i gecə saat 23:30 radələrində rayonun Bəhmənli kənd sakini, 1990-cı il təvəllüdlü Zümrüd Nazim qızı İbrahimova qarın boşluğundan güllə xəsarətləri ilə, onun əri, 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olublar. Hər iki yaralı əməliyyata qaldırılıb.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən xəbərə görə, Nəsimi Nəzir oğlu İbrahimov həkimlərin səylərinə baxmayaraq səhər 06.30 radələrində özünə yetirdiyi bıçaq xəsarətlərindən reanimasiya şöbəsində keçinib.
Polis bölməsindən APA-ya verilən məlumata əsasən, ilkin ehtimala görə, Nəsimi İbrahimov yoldaşına hələlik bilinməyən səbəbdən tüfənglə, daha sonra özünə bıçaqla xəsarət yetirib.
Hadisə ilə bağlı digər versiyaların üzərində əməliyyat tədbirləri aparılır.