Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Eldəniz Yusifovun (1966-cı il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilməsinə dair hazırlıq iclası keçirilib.
Aktual.az xəbər verir ki, ötən il mayın 1-də Hövsan qəsəbəsi, R.Allahverdiyev küçəsi, ev 1, mənzil 34-də yaşayan Eldəniz Yusifov ailə münaqişəsi zəminində arvadı Ceyhunəyə (1979-cu il təv.) əvvəlcə bəçaqla, ardınca isə balta ilə zərbələr endirib. Daha sonra özünə qəsd məqsədi ilə Eldəniz bıçaqla qarın nahiyəsinə xəsarət yetirib. Ər-arvad 3 saylı kliniki xəstəxanaya çatdırılaraq, üzərlərində cərrahi əməliyyatlar aparılıb, hər ikisinin həyatı xilas edilib. Araşdırmaya başlayan Suraxanı RPİ 30-cu polis bölməsinin əməkdaşlarına Yusifov cinayəti qısqanclıq zəmnində törətdiyini bildirib. O, həyat yoldaşının başqa kişi ilə münasibət saxlamasından şübhələnib, iradlarını arvadını bildirəndə, aralarında mübahisə baş verib.
Hazırlıq iclasında Eldəniz Yusifovun anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış aprelin 3-nə təyin edilib.
Xəbər 644 dəfə oxunub.