Arvadı ilə uşağını girov götürdü, polisləri güllələdi

Arvadı ilə uşağını girov götürdü, polisləri güllələdi
  • DÜNYA

ABŞ-ın Missisipi ştatında baş verən atışma nəticəsində bir polis əməkdaşı ölüb, daha 3 polis yaralanıb.

Aktual.az Trend-ə istinadən verdiyi xəbərə əsasən, hadisə Ayuka şəhərində baş verib.

Evlərin birində silahlı kişi qadın və uşağı girov götürüb. Hadisə yerinə gələn polislər saat ərzində silahlı şəxslə danışıqlar aparıblar, lakin kişi təslim olmaqdan imtina edib və atəş açıb: nəticədə 1 polis ölüb, 3-ü yaralanıb.

Cavab atəşi nəticəsində silahlı şəxs öldürülüb. İlkin məlumata əsasən, qadınla uşaq xəsarət almayıblar.

Polis hadisənin detallarını araşdırır.

Xəbər 489 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR