Bu gün baş naziri Artur Rasizadə SOCAR-da “Günəşli” yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəza ilə bağlı müşavirə keçirib.
Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Vəliyev, Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, SOCAR prezidenti Rövnəq Abdullayev qəzanın aradan qaldırılması və itkin düşənlərin axtarışı ilə əlaqədar hesabatları dinlənilib, baş nazirin sualları cavablandırılıb.
Baş nazir qəzanın aradan qaldırılması, yanğının söndürülməsi və xilasetmə işlərinin sürətləndirilməsi ilə bağlı aidiyyatı dövlət qurumlarının rəhbərlərinə tapşırıqlar verib.