Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında fərman verib.
Sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:
Komissiyanın sədri
Artur Rasizadə - Azərbaycan Respublikasının baş naziri
Komissiyanın üzvləri
Elçin Əfəndiyev - Azərbaycan Respublikası baş nazirinin müavini
Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri
Abbas Ələsgərov - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Arif Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri
İsmayıl Sadıqov - Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri
İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
İsmayıl Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri
Əhliman Əmiraslanov - Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb elmləri bölməsinin akademik-katibi
Ömər Eldarov - Azərbaycan Rəssamlıq Akademiyasının rektoru
Abel Məhərrəmov - Bakı Dövlət Universitetinin rektoru
Siyavuş Kərimi - Azərbaycan Milli Konservatoriyasının rektoru
Çingiz Abdullayev - Azərbaycan Yazıçılar Birliyinin katibi
Cəlal Abbasov - Azərbaycan Bəstəkarlar İttifaqının katibi
Altay Hacıyev - xalq rəssamı
Arif Məlikov - xalq artisti
Şəfiqə Məmmədova - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Elbay Qasımzadə - Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri
Mövlud Süleymanlı - xalq yazıçısı
Məhərrəm Qasımlı - Azərbaycan Aşıqlar Birliyinin sədri
2. Azərbaycan Respublikası prezidentinin 2013-cü il 10 dekabr tarixli 48 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1515) 1-ci hissəsi ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin".