Nazirlər Kabineti "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi haqqında" qərarında dəyişiklik edib.
Bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Qərara əsasən, kollegiyanın tərkibində Müdafiə Sənayesi Nazirliyinin müdafiə təyinatlı məmulatların istehsalı şöbəsinin müdiri Səlahəddin Əsgərovu nazirliyin mülki məmulatların istehsalı şöbəsinin müdiri Vəli Fətəliyev, V.Fətəliyevi isə Rasim Tahirov əvəzləyib.//Report