Sərhədimizdə baş verən hadisələrə izləyici mövqe tutmayacağıq.
Aktual.az axar.az-a istinadən bildirir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, paytaxtda baş verən terrorun arxasında YPG silahlıları durur:
"Aktiv oynayan 3 adam var. Qərbin anlamamaqda dirənməsi bizi üzür. İndi deyirlər ki, Ərdoğanın yanındayıq. Sizin Ərdoğanın yanında olmağınızın artıq əhəmiyyəti yoxdur. Sərhədimizdə baş verən hadisələrin izləyicisi olmayacağıq".