"Artıq terrorizmlə mübarizədə sözlərə yer yoxdur"

  • DÜNYA

Antalyaya G-20 sammitinə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Fransua Ollanda və bütün Fransa xalqına dərin hüznlə başsağlığı verib.

Bu barədə Aktual.az APA-ya istinadən məlumat verir.

"Bu hadisələr bir daha bizim bu məsələdə düzgün yolda olduğunuzu göstərir. Artıq terrorizmlə mübarizədə sözlərə yer yoxdur. Bu, tək Fransaya deyil, bütün dünyaya meydan oxumaqdır. Biz uzun müddətdir ki, dünya ictimaiyyətinə bu təhlükənin reallığını çatdırmağa çalışırıq", - deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, terrorun milliyyəti, vətəni, dini olmur: "Bütün terrorçular eyni aqibətə layiqdirlər. Biz, Türkiyə olaraq, daim terrora qarşıyıq və sonadək bu bəla ilə mübarizə aparacağıq. Biz Fransa xalqının hisslərini hamıdan yaxşı anlayırıq, onların dərdlərinə şərik oluruq. Parisdəki terror bizə Ankarada, Surucda, Qaziantepdə, Diyabəkirdəki terror aktlarını xatırladır. Millətimiz bunları görüb və terrorun nə olduğunu yaxşı bilir", R.T.Ərdoğan vurğulayıb.

Xəbər 338 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR