Artıq çəkilən əziyyət çəkən insanların beyni kiçik olur - Araşdırma

Artıq çəkilən əziyyət çəkən insanların beyni kiçik olur - Araşdırma

Piyli qarınlı kişilərin və bel hissəsi yağlı olan qadınların beyin ölçüsünün kiçik olduğu aşkarlanıb.


Aktual.az  Metro-ya istinadla xəbər verir ki, araşdırmalara görə, bel hissəsində piylənmə olan insanların beyinləri ölçü olaraq normadan kiçikdir.

Bu barədə məlumatı "Neurolohy" dərgisi yayıb.

İngiltərənin Lesterşir qraflığında yerləşən "Loughborough" Universitetinin professoru Mark Harmer artıq çəkidən əziyyət çəkən insanların beyin ölçülərinin kiçik olduğunu söyləyib. O bildirib ki, həmin insanlarda yaddaş zəifləməsinə və demans xəstəliyinə daha çox rast gəlinib.

Onun dediyinə görə, bel ətrafındakı piylənmə boz beyin hüceyrələri ilə əlaqəlidir:

"Ancaq hələ bilinmir ki, piylənmə beyin kiçilməsinə səbəb olur, yoxsa kiçik beynin bədəni piyləndirir. Bunu dəqiqləşdirmək üçün yenə də araşdırmalar aparacağıq"

 
Aktual.az
Xəbər 1503 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR