"Arsenal" və Xorvatiya milliinin eks futbolçusu Eduardo da Silva karyerasını Braziliyada davam etdirəcək.
Aktual.az goal.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu "Atletiko Paranaense" ilə 2017-ci ilin sonuna kimi müqavilə imzalayıb.
Eduardo "Şaxtyor", "Flamengo" kimi klubların da şərəfini qoruyub. 2008-ci il fevralın 23-də ayağı sınan futbolçu zədədən sonra əvvəlki formasını bərpa edə bilməmişdi.
Aktual.az
Xəbər 690 dəfə oxunub.