Futbol üzrə İngiltərə millisinin sabiq üzvü Teo Uolkott peşəkar karyerasını başa vurub.
Bu barədə o, özünün "Instagram” hesabında paylaşım edib. Futbolçu 34 yaşında karyerasını bitirdiyini açıqlayıb.
Uolkott daha çox "Arsenal” klubundakı çıxışı ilə məşhurlaşıb. O, 2006-cı ildə yetirməsi olduğu "Sauthempton”u "topçular”a dəyişib. Burada o, 12 mövsüm keçirib. Daha sonra, 2018 ildən "Everton”un şərəfini qoruyan vinger son olaraq ilk klubu "Sauthempton”a qayıdıb.
Klub karyerası ərzində 567 matça çıxan Teo 132 qolla yadda qalıb. O, İngiltərə millisinin heyətində 47 görüşdə səkkiz dəfə fərqlənib.
Xəbər 365 dəfə oxunub.