İngiltərənin "Arsenal" klubu sabiq baş məşqçisi Arsen Vengerin heykəlini ucaldacaq.
Aktual.az xəbər verir ki, 74 yaşlı mütəxəssisin abidəsi "Emirates" stadionunun yaxınlığında olacaq.
Avqustun 3-də açılış mərasimi gerçəkləşəcək.
Qeyd edək ki, Arsen Venger 1996 - 2018-ci illərdə London təmsilçisinin baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında üç dəfə İngiltərə Premyer Liqasının qalibi olub.
Xəbər 377 dəfə oxunub.