"Arsenal" rəhbərliyi klubun tarixində ilk dəfə olaraq idman direktoru vəzifəsi təsis etmək üzərində düşünür.
Aktual.az goal.az-a istinadən xəbər verir ki, "topçular" həmin vəzifəyə Mixael Zork (Borussia Dortmund) və Mark Overmarsın (Ajax) namizədliyini nəzərdən keçirir. Bunlardan futbolçu kimi "Arsenal"ın şərəfini qoruyan Overmarsın şansları daha yüksək qiymətləndirilir. 4 il ərzində London klubunun uğurları üçün çalışan 44 yaşlı Overmars 1998-ci ildə İngiltərə çempionu və Kubokunun qalibi olmuşdu. "Arsenal"da idman direktoru postunun yaradılması o deməkdir ki, Arsen Venqerin müqaviləsi uzadılacağı halda transfer məsələsində onun sözü əvvəlki kimi keçməyəcək.
Aktual.az
Xəbər 589 dəfə oxunub.