Armen Qriqoryan Toivo Klaarla görüşüb, Bakı ilə dialoq müzakirə edilib

Armen Qriqoryan Toivo Klaarla görüşüb, Bakı ilə dialoq müzakirə edilib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.
Aktual.az xəbər verir ki, bu barədə Armen Qriqoryan "Facebook" hesabında məlumat verib.

"Görüşdə biz Aİ-nin monitorinq missiyasının səlahiyyətləri çərçivəsində atılan addımları müzakirə etdik. Biz həmçinin İrəvan və Bakı arasında danışıqlar prosesinə də toxunduq”, - Ermənistan Təhlükəsizlik Şurasının katibi paylaşımında qeyd edib.
Qeyd edək ki, görüş Aİ-nin xüsusi nümayəndəsinin Ermənistana səfəri çərçivəsində baş tutub.
Xatırladaq ki, oktyabrın 17-də Aİ xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə Azərbaycanla sərhəddə Ermənistana 40 müşahidəçinin göndərilməsini təsdiqləyib. Aİ müşahidəçiləri artıq regiona gələrək oktyabrın 20-dən fəaliyyətə başlayıblar. Missiya iki ay üçün nəzərdə tutulub.


Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR