Təbii olaraq ömrünü başa vuran arıların müəyyən prosedurlardan keçirilməsi ilə əldə edilən maddənin bədəni təmizlədiyi, qan dövranını yaxşılaşdırdığı, iltihab, burxulma, dəri problemləri ilə yara və yanıq müalicəsinə şəfa olduğu bildirilib.
Aktual.az deyerler.org-a istinadən bildirir ki, arılar etil spirti, su, ya da oksidləşməmiş bir yağın içinə qoyularaq üzərində əməliyyat aparılır. Hər arıdan əldə edilməyəcək, bu maddənin dəqiqliklə hazırlanması lazımdır. Bunu müxtəlif məqsədlərdə istifadə etmək mümkündür.
Bu maddə bədəndəki bütün toksinləri atır, bədənimizi təmizləyir. Qan dövranını yaxşılaşdırır və qan-yağ səviyyəsini tarazlaşdırır. Radiasiyaya qarşı qoruyucu təsiri sübut olunmuşdur.
Hər hansı bir iltihab vəziyyəti, burxulma və ya dəridə problemlər ilə yara və yanıq müalicəsində təsirli ola bilər. Əlbəttə bu tətbiqi, mütləq həkim nəzarətində həyata keçirilməlidir.
Aktual.az
Xəbər 723 dəfə oxunub.