Xalq artisti Arif Babayevin oğlu atasının səhhətindən danışıb.
Aktual.az xəbər verir ki, Xalq artistinin oğlu Yaşar Babayev Teleqraf.com-a açıqlamasında Arif Babayevin səhhətinin normal olduğunu deyib:
"Müalicəsi davam edir, amma nitqində və hərəkətində problem var. Səhhəti bir gün yaxşı olur, bir gün pis".
Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib, Türkiyədə əməliyyat olunub. Onun 83 yaşı var.
Xəbər 1514 dəfə oxunub.