Arif Alışanov Qulu Məhərrəmlini məhkəməyə verdi

Arif Alışanov Qulu Məhərrəmlini məhkəməyə verdi

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sədri Arif Alışanovla AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, jurnalist Qulu Məhərrəmli arasında son günlər mediada gedən qarşılıqlı ittihamlar pik nöqtəyə çatıb.

Aktual.az-ın unikal.org-a istinadən məlumatına görə, A.Alışanov Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında Nəsimi rayon Məhkəməsində iddia qaldırıb. Buna səbəb isə Q.Məhərrəmlinin bir neçə media qurumunda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalardır. Jurnalist həmin açıqlamalarda AzTV-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib, bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib. Teletənqidçi bu barədə fikirlərini deyərkən sərt ifadələr işlədib.

AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım bildirib ki, Arif Alışanov artıq məhkəməyə müraciət edib:

“Arif Alışanov 39 ildir ki, bu sahədə çalışır, amma indiyə qədəb bu cür məsələlərdə adı hallanmayıb. Heç vaxt məhkəməyə müraciət etməyib. Amma adını jurnalist qoyan Qulu Məhərrəmli həm Arif Alışanovu, həmdə yüzlərlə AzTV əməkdaşını təhqir edib. Ona görə də qanun qarşısında cavab verməlidir”.

Qeyd edək ki, Qulu Məhərrəmlinin açıqlamalarından sonra AzTV rəhbərliyində təmsil olunan şəxslər bəzi saytlarda və sosial şəbəkələrdə professor Qulu Məhərrəmli əleyhinə kampaniyaya başlayıblar. Daha sonra həmin qurumun, eləcə də İTV-nin 28 əməkdaşının çıxışından ibarət 2 saat 44 dəqiqəlik “ifşa” videosu yayılıb.

Aktual.az

Xəbər 571 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR