Əməkdar artist Nahidə Orucova əməliyyat olunub.
Aktual.az-ın Axşam.az-a istinadən məlumatına görə, aktrisa “Onlar” verilişinə açıqlamasında hazırda səhhətinin yaxşı olduğunu bildirib:
“Ayaqlarımda ağrılar var idi. Damarlarım şişmişdi, qan keçmirdi. Ağrıdan gecələr yata bilmirdim. Əməliyyat olundum, elə rahatlamışam ki... Öləndə də inanmayacaqlar ki öldüm. O qədər gülürəm... Pis olanda tamaşaçıya göstərmirəm. Gülüşüm üzümdən əskik olmur. Son günlər sənət aləmində itkilər çox oldu. Stresdən ağrılarm lap çoxaldı”.
Aktual.az
Xəbər 777 dəfə oxunub.