Argentina milli komandasının futbolçusu Xavyer Maskerano oktyabrda paytaxt Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının səfiri təyin olunub.
Aktual.az report-a istinadən xəbər verir ki, hazırda Çinin "Hebey Çayn Forçun" klubunda çıxış edən yarımmüdafiəçi olimpiya dəyərlərinin dünyaya yayılmasına yardımçı olacaq.
34 yaşlı oyunçu hazırda Rusiyada start götürən dünya çempionatında iştirak edir. Argentina yığması İslandiya (16 iyun), Xorvatiya (21 iyun) və Nigeriya (26 iyun) ilə birgə D qrupunda yer alıb.
Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları oktyabrın 6-18-də təşkil olunacaq. Olimpiadada Azərbaycan da təmsil olunacaq.