Argentinada yeni prezident seçildi

Argentinada yeni prezident seçildi
  • DÜNYA

Argentinada keçirilən prezident seçkilərində “Respublika təklifi” partiyasının nümayəndəsi Maurisio Makri qalib gəlib.


Aktual.az- AZƏRTAC-a istinadən xəbər verir ki, Telam agentliyinin verdiyi məlumata görə, bülletenlərin 98 faizinin hesablanmasından sonra hakim partiyanın nümayəndəsi Daniel Sioli 48,56, Maurisio Makri isə 51,44 faiz səs toplayıb.

Sioli artıq rəqibini təbrik edib və prezident postunda ona uğurlar arzulayıb. Bundan əlavə, yeni prezidenti hazırkı dövlət başçısı Kristina Fernandes de Kirşner, həmçinin Meksika və Paraqvay prezidentləri də təbrik ediblər.

Argentinada ilk dəfədir ki, prezident seçkilərinin nəticələri ikinci turda müəyyən olunur. Seçkilərin oktyabrın 25-də keçirilən birinci turunda Daniel Sioli 37,08, Maurisio Makri isə 34,12 faiz səs toplamışdı.

Xəbər 238 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR