Argentina hökuməti SEPAH-ı rəsmi olaraq terror təşkilatı kimi tanıyıb.
Aktual.az xəbər verir ki, bu barədə Argentina rəsmiləri açıqlama verib.
Bu qərar SEPAH-ın 1994-cü ildə Buenos-Ayresdə baş vermiş terror hücumunda ittiham olunan Livan Hizbullahına dəstək verməsi ilə əlaqələndirilir.
Məlumata əsasən, yeni qərar SEPAH-a qarşı maliyyə sanksiyalarının tətbiqinə və korpusun fəaliyyətinə qarşı əlavə əməliyyat məhdudiyyətlərinin həyata keçirilməsinə imkan verəcək.
Qeyd edək ki, sözügedən terror hücumu 18 iyul 1994-cü ildə Buenos-Ayresdə baş verib. Hədəf Argentina Yəhudi İcmasına məxsus "Asociacion Mutual Israelita Argentina” (AMIA) mərkəzinin binası olub. Partlayış nəticəsində 85 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.
Xəbər 44 dəfə oxunub.