Futbol üzrə Argentina millisi yoldaşlıq oyununda Venesuelaya məğlub olub.
"Report” xəbər verir ki, Madridin "Vanda Metropolitano" stadionunda keçən görüş 1:3 hesabı ilə venesuelalıların xeyrinə başa çatıb.
Venesuelanın heyətində Xose Salomon Rondon, Con Murilyo və Xosef Martiness fərqlənib. Argentinanın yeganə qolunu Lautaro Martines öz hesabına yazdırıb.
Bu, Lionel Messi üçün 2018-ci il Dünya çempionatından sonra yığmada ilk oyun olub.
Yoldaşlıq oyunu
Argentina — Venesuela — 1:3
Xəbər 434 dəfə oxunub.