Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və "Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 8,296 mlrd. dollar daxil olub.
"Report” bu barədə ARDNF-a istinadən xəbər verir.
Bu məbləğin 181 mln. dolları "Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışının payına düşüb.
Məlumata görə, 2001-ci ildən bu il noyabrın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 136,782 mlrd. dollar gəlir əldə olunub.
Fond 2007-ci ildən "Şahdəniz” yatağı üzrə mənfəət qazının satışından isə 2,506 mlrd. dollar əldə edib.
Aktual.az Xəbər 449 dəfə oxunub.