"Daily Mail" qəzeti "Barselona" futbol klubunun növbəti mövsümü ilə bağlı gözlənilməz şərh verib.
Aktual.az axşam.az-a istinadən bildirir ki, qəzet Arda Turan da daxil olmaqla bəzi futbolçuların Kataloniya klubundan gedəcəyini açıqlayıb. Klub Ardanı baha qiymətə Çinə satmaq və yeni futbolçular almaq niyyətindədir.
Buna səbəb isə Ardanın yerli media tərəfindən kəskin tənqid olunması, şəxsi həyatı ilə tez-tez gündəmdə olmasıdır.
Qəzet qeyd edir ki, Rafinya Alkantara, Pako Alkaser, Jordi Masip, İvan Rakitiç, Xavyer Maskerano, Andre Qomes və Aleiks Vidal da klubdan gedə bilər.
Aktual.az
Xəbər 602 dəfə oxunub.