Araz Bayramov “Real Hospital”ın baş həkimi oldu

Araz Bayramov “Real Hospital”ın baş həkimi oldu

Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri, Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa mütəxəssisi, uzman-uroloq Araz Bayramov "Real Hospital”ın baş həkimi təyin olunub.

Bununla bağlı media təmsilçiləri ilə görüş keçirən Dr. Araz Bayramov bildirib ki, rəhbərlik edəcəyi hospitalda Avropada, Türkiyədə, Rusiyada təhsil almış uzmanlar, mütəxəssislər bir araya gəlib:

"Bildiyiniz kimi, bir müddət öncə xaricdə təhsil alan uzmanlar birləşərək Azərbaycan Avropa Tibb Assosiasiyasını yaratdıq. Uzun müddədir biz səhiyyə idarəçiliyi, müasir tibbi dəyərlərin ölkəmizdə tətbiqi, ictimaiyyətin maariflənməsi işini həyata keçirirdik. Yekunda qarara gəldik ki, daha konkret fəaliyyətə keçək. Müxtəlif tibbi mərkəzlərdə, klinikalarda deyil, konkret bir məkanda fəaliyyət göstərək. "Real Hospital”ın imkanları, yaradılan şərait, ən müasir tibbi avadanlıqlar bizi məhz bu klinikanı seçməyə təşviq etdi”.

"Real Hospital”da ən ağır cərrahiyyə əməliyyatlarının icra olunduğunu deyən Dr. Araz Bayramov qeyd etdi ki, yaxın zamanlarda hospitalın doğum şöbəsi də fəaliyyət göstərəcək:

"Bizim yeganə məqsədimiz əhaliyə vicdanlı xidmət göstərməkdir. Rəhbəri olduğum hospitalda bütün bu imkanlar var. Biz Avropa protokollarına uyğun olaraq ən son müayinə və müalicə prosedurlarını həyata keçirəcək, xəstələrə şəfa verəcəyik. Eyni zamanda imkansız xəstələr üçün faizsiz kreditlə cərrahiyyə əməliyyatlarının və müayinə paketlərinin tətbiqi nəzərdə tutulub. Biz hər bir sosial təbəqədən olan vətəndaşlarımızı nəzərə almışıq”.

Xatırladaq ki, Dr. Araz Bayramov Fransada təhsil alıb. Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah işləyib. Həmin xəstəxanada tətbiq edilən böyrək köçürülməsi əməliyyatlarında iştirak edib. Azərbaycanda ilk dəfə Laparoskopik Uroloji və Cənubi Qafqazda ilk dəfə Laparoskopik Partial Nefrektomiya Unikal əməliyyatlarını həyata keçirib. Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri və Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvüdür. 
 
Aktual.az
Xəbər 7054 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR