Modern.az saytı “İlk məhəbbət” layihəsində Rusiyanın ən varlı azərbaycanlı iş adamlarından biri olan Araz Ağalarovun şəxsi həyatından yazı hazırlayıb.
Aktual.az xəbər verir ki, saytın hazırladığı materialda bildirilir ki, Ağalarov mağazalar şəbəkəsindən ibarət “Krokus” ticarət imperiyasının və eyni adlı bankın sahibidir. Araz Ağalarov karyerasına Bakı Politexnik İnstitutunu bitirəndən sonra elmi-tədqiqat institutlarından birində işləməklə başlayıb. Sonra onun karyerası başqa səmtdə inkişaf edib – Bakı şəhər Partiya Komitəsinə işə keçib.
Araz Ağalarovun həyat yoldaşı İrina bütün bu illər ərzində onun yanında olub – onlar məktəb illərindən tanışdılar, sonradan bu tanışlıq ailə qurmaları ilə nəticələnib. Bu cütlüyün toyu Araz Ağalarov Politexnik, İrina xanım isə Pedaqoji İnstitutunun sonuncu kurslarında təhsil alanda baş tutub.
Onların ailə həyatı əvvəlcə Bakıda keçib, sonradan Ağalarov həmkarlarda fəaliyyət göstərməyi qərara aldığından cütlük Moskvaya köçüb. Yenidənqurma zamanı Ağalarov bizneslə məşğul olub, rus suvenirlərinin ABŞ-da ticarəti üzrə ixtisaslaşmış kiçik “Zəfəran” kooperativini açıb. Sonradan bu kooperativ Rusiya-ABŞ birgə müəssisəsinə çevrilib.
Bu cütlüyün iki övladı var: oğlu Emin və qızı Şeyla.
Araz Ağalarovun həyat yoldaşı özü ilə müqayisədə o qədər də işgüzar və bacarıqlı deyil. Ağalarov birgə müəssisəsinin işləri ilə bağlı Amerikaya gedəndə özü ilə İrina xanımı və qızını da aparıb. Vəziyyət elə gətirib ki, onlar ABŞ-da uzun müddət qalmalı olublar. Onlar əvvəlcə mehmanxanada qalıblar, sonra mənzil kirayələyiblər. Qızları böyüyüb məktəbə getməli olanda ailə Nyu-Cersidə ev götürüb.
Araz Ağalarovun həyat yoldaşı iki qitədə yaşamalı olub – onların qızları ABŞ-da qalıb, ata ailə ilə Moskvada yaşayır, Birləşmiş Ştatlara demək olar getmir. Buna görə İrina xanım vaxtının bir hissəsini qızına, qalanını isə əri ilə birgə olmaq üçün ayırır. Bundan əlavə, Moskvada onun şəxsi biznesi var – rəfiqəsi ilə birgə iki gözəllik salonu açıblar.
İrina Ağalarovanın fikrincə, ərindən vaxtaşırı ayrılıq onların qarşılıqlı münasibətlərinə təsir etmir. Təbii ki, o, əri üçün narahat olur, qısqanclıq olmadan ötüşmür, ancaq müasir texnologiya onların daimi əlaqə qurmasına imkan yaradır.
İrina Ağalarova müsahibələrindən birində özəl həyatı və Araz Ağalarovla evliliklərindən danışıb.
- Siz gözəllik salonu açana qədər nə işlə məşğul olmusunuz?
- Mən məktəbdə ingilis dilindən dərs deyirdim, sonra Məişət Xidməti Nazirliyinndə tərcüməçi işləmişəm – əvvəlki sosialst həyatı belə idi. İkinci övladım dünyaya gələndə isə bir neçə il evdə oturdum. Mən işsiz qala bilmirəm, nəhayət, özüm bizneslə məşğul olmağa başladım.
- Əriniz sizə kömək etdi?
- Əlbəttə, məsləhət verib və indi də elədir, ancaq qalan işləri biz özümüz görmüşük. Üstəlik, bizdə peşəkarlar çalışır. Araz yalnız otaqları təmir etmək tələb olanda köməklik göstərib.
- O, sizin müstəqilliyinizi məhdudlaşdırmağa hansısa formada cəhd etməyib?
- Yox, bu baxımdan o, çox demokratik insandır. Mən nə ilə məşğul olmağa, pulu necə xərcləməyə özüm qərar verirəm.
- Deyirlər ki, uğurlu iş adamları sentimental deyillər və ailə həyatında özlərini kifayət qədər ciddi-kobud aparırlar. Sizin əriniz?
- Bu baxımdan həqiqətən elə görünə bilər ki, Araz öz hisslərini ifadə etməyi bacarmır. Ancaq o mənim istəklərimə çox diqqətlidir. Məsələn, oğlumuz hələ balaca olanda mən belə demişdim: “Dənizdə villası olmaq yaxşıdır”, Araz onu tikməyib. O dostlarına da kömək edir: əgər kimsə xəstələnirsə, bütün şəhəri ayağa qaldırır.
- Siz artıq 20 ildir evlisiniz. Fikrinizcə, xoşbəxt evliyiliyin formulu necədir?
- Yəqin ki, bunun üçün hisslərin səmimiliyi və üstəgəl bir az da ağıl, əlbəttə, bir də münaqişə etməmək. Həqiqət həmişə mübahisələrdə yaranır. Ancaq həqiqəti söyləsək, heç bir resepti yoxdur. Hər kəsə situasiyaya uyğun hərəkət etmək lazım gəlir.
...Biz bir sinifdə oxumuşuq, institutu qurtaranda isə evlənmişik. Bir neçə il Bakıda yaşamışıq, sonradan Moskvaya gəlmişik. Arazı həmkarlarlar hərəkatının ali məktəbinin aspiranturasına tövsiyə ediblər, o “İnkişaf etmiş sosializmdə əmək haqqı fondunun formalaşdırılması və istifadəsi” mövzusunda dissertasiya müdafiə edib.
Mağazalara getməyi xoşlamıram, bunun üçün minimum vaxt sərf edirəm. Mən geyimə o qədər əhəmiyyət verən deyiləm, ancaq gözəl görünəni dəyərləndirməyi bacarıram. “Ferre”, “Dolçe& Qabbana”, Qalyano” və “Dior”un geyimlərinə üstünlük verirəm.