Araz Ağalarov nazirliyi məhkəməyə verdi - 1,1 milyard aldı

Araz Ağalarov nazirliyi məhkəməyə verdi   - 1,1 milyard aldı

“Crocus Group”un rəhbəri Araz Ağalarov Rusiyanın Maliyyə Nazirliyindən 1,1 mlrd rubl dəyərində təzminat alıb. 

AzNews.azRusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ağalarov təsdiqləyib. Məlumata görə, nazirlik Vladimastokda APEC sammiti üçün tikinti işləri zamanı dəymiş zərərə görə təzminat ödəməli olub.

Ağalarov Maliyyə Nazirliyinə bir neçə ay öncə məhkəmənin icra sənədi ilə müraciət etdiyini bildirib. Onun sözlərinə görə, yolun tikintisi və ərazinin abadlaşdırılmasına şəxsi vəsaitindən 3.6 mlrd rubl xərcləyib.

Qeyd edək ki, “Crocus Group” 2009-cu ildə Vladimastokda keçirilən sammit üçün Uzaq Şərq Universitetinin tikintisində baş podratçı olub.

Xəbər 505 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR