Aranıza üçüncü şəxsin girməsini istəmirsinizsə... - Həkim məsləhəti

Aranıza üçüncü şəxsin girməsini istəmirsinizsə...   - Həkim məsləhəti

“Cinsi həvəsin olmaması – Ginekoloji konsultasiyalar zamanı qadınların ən çox şikayətləndikləri və söyləməkdə çətinlik çəkdikləri bir mövzudur”.

Bu sözləri Aktual.az-a danışan Fransada ixtisaslaşmış , Ə.Əliyev adına ADHTİ-nun cərrah mama-ginekoloqu Dr.İlahə Quliyeva söyləyib.

Onun sözlərinə görə, cinsi həyatın keyfiyyətinin normal və düzgün olmaması ailədaxili münasibətlərdə ciddi fəsadlara gətirib çıxarır:

“Ailə daxili münaqişələrin, boşanmaların, qadın və kişi həyatında üçüncü şəxslərin ortaya çıxmasının əsas səbəbi budur. Cinsi zəiflikdən əziyyət çəkən qadınlar kompleks yaşamamalıdr. Çünki müasir ginekologiyada bu problem çox asanlıqla öz həllini tapır”.

Problemdən çıxış yollarını oxucularla bölüşən İ.Quliyeva onlara öz məsləhətlərini verməyi də unutmadı:

Vaginoplastika- Uşaqlıq yolu plastikası nədir və nə zaman həyata keçirilir?

Vaginoplastika əməliyyatı uşaqlıq yolunu əhatə edən artıq selikli qişaları kəsərək və əhatə edən yumşaq toxumaları sıxaraq, uşaqlıq yolunun daraldılmasıdır. Biz bunu həmçinin “uşaqlıq yolu cavanlaşması” da adlandırırıq. Doğuşlardan sonra və həmçinin qocalıq əlaməti kimi uşaqlıq yolu boşala və onu əhatə edən əzələlər öz gücünü və elastikliyini itirə bilər. Bu uşaqlıq yolunun genişlənməsi hissiyyatı çox qadınlar tərəfindən və habelə cinsi yaşayış zamanı onların partnyorları tərəfindən xüsusilə hiss edilir. Uşaqlıq yolunun diametrinin daraldılması, vaginoplastika əməliyyatı cütlüklər üçün qarşılıqlı olaraq cinsi həzzi artırır.

Çox az sayda cərrah ginekoloqlar çanaq orqanları sallanması və vaginoplastika əməliyyatları üzrə ixtisaslaşıblar. Odur ki, müraciət etdiyinizdə bu cərrahların vaginal cərrahiyyə üzrə ixtisaslaşma diplomlarına xüsusi diqqət yetirmənizi tövsiyyə edirəm.

Travmatik doğuşlardan sonra, yaş artdıqca uşaqlıq yolunun boşalması və onu əhatə edən, o cümlədən çanaq dibi əzələlərinin öz gücünü və elastikliyini itirməsi hesabına çanaq orqanları sallanması (uşaqlıq, sidik kisəsi, düz bağırsaq sallanması), qeyri iradi sidik buraxmalar, yəni asqırdıqda, öskürdükdə, gülüb, əyildikdə, ağır yük götürdükdə sidik qaçırmalar, sidiyi tam boşaltmama hissi, yuyunduqda ələ qabarıqlığın dəyməsi, qarnın aşağı hissəsində və belə yayılan ağrıların olması, qəbzlik kimi əlamətlər yarana bilir. Vaginoplastika əməliyyatı bu kimi həyat keyfiyyətini kəskin azaldan xəstəliklərdən şikayətlənilirsə, tam müalicə üçün paralel olaraq 1 momentli kompleks əməliyyatlarla birgə aparılmalıdır. Bu isə peşəkarlıq tələb edir.

Kimlər bu cərrahi əməliyyata müraciət etməlidirlər?

Vaginoplastika əməliyyatlarına maraq və tələbat böyükdür:

Ailə müvazinətini saxlamaq istəyənlər

Uşaqlıq yolunun estetikliyini bərpa etmək istəyənlər

Cinsi həvəsin və həzzin artmasını istəyənlər

Özünə güvən hissi az olarsa

Travmatik doğuş keçirən qadınlar

2 uşaqdan artıq təbii yolla doğuş edən qadınlar

Asqırıb öskürəndə qeyri iradi sidik buraxmalar zamanı

Uşaqlıq,sidiklik və düz bağıraq sallanmaları riski zamanı

Sosial həyatı artırmaq istəyənlər

Dr. Ilahə Quliyeva ilə əlaqə saxlamaq üçün:

Tel: 050 365 80 90

//Aktual.az

Xəbər 34158 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR