Aralıq dənizi sahillərində 25 miqrantın cəsədi aşkarlanıb.
Qafqazinfo-nun verdiyi xəbərə görə, bu barədə "Sərhədsiz həkimlər" təşkilatının məlumatında bildirilir.
Rezin qayıqda üzən daha 107 nəfər isə ölüm təhlükəsindən xilas olunub.
"Sağ qalan 23 nəfərin bədənində kimyəvi yanıqlar aşkarlanıb. 7 nəfər ağır travma alıb və onlar İtaliyada xəstəxanalardan birinə yerləşdirilib", - təşkilatın nümayəndəsi bildirib.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2016-cı ildə 3 min 500 nəfər Aralıq dənizi və Şimali Afrika sahillərində həlak olub.
Aktual.az
Xəbər 384 dəfə oxunub.