İran xarici işlər naziri Abbas Arakçının Azərbaycana səfər edəcəyi tarix məlum olub.
Aktual.az xəbər verir ki, XİN başçısı Bakıya dekabrın 8-i gələcək.
Səfər çərçivəsində onun Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və digər bir sıra rəsmilərlə görüşü nəzərdə tutulur.
Xəbər 47 dəfə oxunub.