Arakçı “yoxdur” deyirdi, ancaq 2 raket atdılar - Rubio

Arakçı “yoxdur” deyirdi, ancaq 2 raket atdılar - Rubio

İranın xarici işlər naziri Abbas Arakçı yalançıdır.
Aktual.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
"Bu adam televiziyada çıxış edib deyirdi ki, İranın müəyyən bir məsafədən uzağa çatan raketləri yoxdur. Amma sonra onlar həmin raketlərdən ikisini atdılar”, - o bildirib.
Qeyd edək ki, bir neçə gün öncə İran təxminən 3 800 kilometr aralıda yerləşən Dieqo-Qarsiya adasındakı (Hind okeanı) Böyük Britaniya-ABŞ birgə bazasına iki ballistik raket atıb. Bu, İranın 4 min km mənzilli raketinin olduğu faktını üzə çıxarıb.
Xəbər 41 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR