İranın ABŞ və ya ABŞ qüvvələrinə qarşı profilaktik və ya qabaqlayıcı hücum planlaşdırdığı iddiası tamamilə yalandır.
Aktual.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı özünün X səhifəsində yazıb.
"Bu yalanın yeganə məqsədi İsrail tərəfindən hazırlanmış və adi amerikalılar tərəfindən maliyyələşdirilən bir bədbəxt hadisə olan "güclü səhv əməliyyatı”nı haqlı çıxarmaqdır”, - o bildirib.
Qeyd edək ki, Donald Tramp "Foks Nyus”a müsahibəsində deyib ki, əgər İrana zərbə endirmək üçün daha üç gün gözləsəydi, ABŞ-a hücum ediləcəkdi.
Xəbər 50 dəfə oxunub.